26 mart 2026. Cümə axşamı

Qızıl top'a layiq deyiləm - Mbappe


Qızıl top'a layiq deyiləm - Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe "Qızıl top" mükafatını qazanmaq şansı haqda açıqlama verib.

Corner.az-ın Fransa mətbuatına istinadən xəbərinə görə, o, builki mükafata layiq olmadığını söyləyib: "Qızıl top"u bu il qazanmaq? Realist olmaq lazımdır. "Qızıl top"a layiq deyiləm. Məndən daha yaxşı işlər görən futbolçular var. PSJ ilə Fransa kubokunu, Çempionlar Liqasını qazana bilmədik. Buna görə məyus olduq".

20 yaşlı hücumçu bu mükafatı qazanmaq üçün çox tələsmədiyini deyib: "Bir çox şəxsi mükafatım var, amma futbol tək oynanılmır. Bunu qəbul etmək lazımdır. "Qızıl top"u qazanmaq üçün vaxtım var. Buna görə o qədər də tələsmirəm".







Xəbər news