26 mart 2026. Cümə axşamı

Məşhur telekanaldan əfsanəvi futbolçuya cəza – Nasist salamına görə


Məşhur telekanaldan əfsanəvi futbolçuya cəza – Nasist salamına görə

Əfsanəvi hollandiyalı futbolçu Marko van Basten bir həftə müddətinə “Fox Sports” telekanalından uzaqlaşdırılıb.

Corner.az-ın xəbərinə görə, buna onun bu yaxınlarda canlı efirdə nasist salamı verməsi səbəb olub.  Həmçinin onun həftəlik maaşı kəsilərək İkinci Dünya Müharibəsi ilə bağlı Hərbi Sənədlər İnsitutuna veriləcək.

Xatırladaq ki, “Ayaks” – “Herakles” matçında ikincilərin baş məşqçisi Frank Vormut almanca müsahibə zamanı Van Basten həmkarının dediklərini efirdə şərh edərkən alman dilində nasist salamı anlamına gələn söz işlədib. Sonradan o, bu sözü zarafatla söylədiyini bildirərək üzr istəyib.(qol)







Xəbər news