6 dekabr 2025. Şənbə

Arda məhkəməyə verildi


Arda məhkəməyə verildi
Başakşəhər'in futbolçusu Arda Turan problemlə üzləşib.

Corner.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, müqavilə ilə “Barselona”ya məxsus olan 32 yaşlı futbolçu məhkəməyə verilib.

Buna onun Barselonada kirayə götürdüyü mənzilin pulunu ödəməməsi səbəb olub.

Mənzil sahibi futbolçunun bir neçə aydır kirayə pulunu vermədiyini və ona 400 min avro borclu olduğunu iddia edib. Bunun 100 mini icarə haqqı, qalanı isə evə dəyən ziyana görə tələb olunur. Bir neçə dəfə futbolçu ilə əlaqə saxlayan ev sahibi pulunu ala bilmədiyi üçün məhkəmə müraciət edib.





Xəbər news