- Xəbər news
- 22:34 14.11.2024
Fransa çempionatının 18-ci turunda Monaco səfərdə Lyon-a uduzub-0:3.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, Monaco son 6 oyunda 4-cü məğlubiyyətini yaşayıb. Baş məşqçi Tyerri Anri matçı təhlil edib: “İlk iki qol adi halda qapımıza vuruldu. Şübhəsiz, Lyon-un əzmkarlığını inkar etmirəm. Rəqib əla oynadı. Fasilədə danışdıq ki, oyunu ələ almalıyıq. Alınmadı. Qolovinin meydandan qovulması hər şeyi bərbad etdi. Qələbə arzusu ilə oynamayanda çətin olur. Futbolçularım sanki məğlubiyyətlə barışmışdı. Bu matç artıq geridə qaldı. Növbəti qarşılaşma barədə düşünmək lazımdır. Bizi Genqaom-la ciddi oyun gözləyir. Qalib gəlməyə məcburuq. Turnir cədvəklindəki vəziyyəti dəyişmək əsas işimizdir”.
Anrinin komandası 13 xalla 19-cu pillədə yer alır. Lyon isə üçüncüdür - 31 xal.