29 yanvar 2026. Cümə axşamı

Avropanın ən yaxşı gənc futbolçusu müəyyənləşdi


Avropanın ən yaxşı gənc futbolçusu müəyyənləşdi
"Tuttosport"un Avropada 21 yaşadək ən yaxşı futbolçu üçün təsis etdiyi “2018 Golden boy” mükafatının qalibi bəlli olub.Corner.az Goal.az-a istinadən xəbər verir ki, Ajax-ın 19 yaşlı müdafiəçisi Mateys de Liqt Avropanın ən yaxşı gənc futbolçusu seçilib.

Hollandiya millisinin üzvü ilə yanaşı “2018 Golden boy” mükafatına  Liverpool-dan Trent Aleksandar-Arnold, Real-dan Vinisius Junior, Milan-dan Patrik Kutrone və Roma-dan Castin Klyuvert namizəd idi.

Qeyd edək ki, 2017-ci ildə mükafata PSG və Fransa millisinin üzvü Killian Mbappe layiq görülmüşdü.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO