30 noyabr 2024. Şənbə

“Qızıl oğlan” mükafatının sahibi bilindi


“Qızıl oğlan” mükafatının sahibi bilindi

Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatının sahibi müəyyənləşib.

Corner.az-ın məlumatına görə, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafata "Atletiko"nun portuqaliyalı futbolçusu Joau Felix layiq görülüb.

20 yaşlı hücumçu 332 səslə bütün rəqiblərini geridə qoyub. "Borussiya"da çıxış edən ingiltərəli Ceydon Sanço (175 səs) ikinci, "Bayer"dən Kay Haverts isə 75 səslə üçüncü olub.

Qeyd edək ki, səsvermənin qalibini Avropanın aparıcı idman nəşrlərinin jurnalistləri müəyyənləşdirib. 







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir