Barselona və Çelsi kimi klublardakı çıxışı ilə tanınan Samuel Eto'o özünə yeni iş qurur.
Corner.az xəbər verir ki, bukmeker kontoru yaradan sabiq futbolçu idarəçilik dərsləri almaq üçün Harvard Universitetinə gedib.
38 yaşlı Eto'onun ölkəsində fəaliyyət göstərəcəyi bukmeker şirkəti “Beto'o”dur. O, bu sahədə daha çox uğurlar qazanmaq üçün 1 il Bostonda dünyanın ən məşhur universitetlərindən birində təhsil alacaq.
Qeyd edək ki, Eto\o karyerası ərzində “Real”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Antalyaspor” və “Konyaspor” klublarında forma geyinib.