- Xəbər news
- 15:12 27.11.2025
İngiltərənin Tottenham futbol klubunun və Fransa milli komandasının qapıçısı Uqo Lyoris sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cəzalandırılıb.
Corner.az Goal.az- a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper 20 ay müddətinə sürücülük hüququndan məhrum edilib. Həmçinin oyunçuya 56 min avro pul cəzası tətbiq olunub.
Qeyd edək ki, Uqo Lyoris avqustun 24-də sərxoş vəziyyətdə avtomobil idarə edib. Qapıçı ilə bağlı məhkəmə iclası sentyabrın 11-də baş tutub. O, Fransa millisinin heyətində Rusiyada keçirilən dünya çempionatının qalibi olub.