Bayer Münich-in qolkiperi Manuel Noyer Çempionlar Liqasının 1/8 finalında Liverpool-la oyundan gözləntilərini dilə gətirib.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, qolkiper oyunun gərgin olacağını deyib. “Liverpool mövsümə yaxşı başlayıb. Ötən il ÇL-nin finalında oynadı. Komanda sürətli əks-hücumlarda qol vurmağı əla bacarır. Bizim hücumlarımız da nəticəsiz qalmır. Matç gərgin keçəcək. Aparıcı klubların qarşılaşması məhz belə olmalıdır. Bununla belə, düşünürəm ki, püşkün nəticəsi Liverpool-u sevindirməyib”, - Noyer deyib.