22 noyabr 2024. Cümə

AFFA Keşlə-ni cərimələdi


AFFA Keşlə-ni cərimələdi

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verən qayda pozuntuları ilə bağlı ölçü götürüb.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qurum Keşlə klubunu 1600 manat məbləğində cərimələyib. Buna səbəb klubunun Müşahidə Şurasının sədri Zaur Axundov və əsas komandanın qapıçısı Kamran Ağayevin Qarabağ-la səfərdə keçirilən ilk oyunda sonra hakimlər otağına icazəsiz daxil olmalarıdır.

Zirə – Səbail matçının 33-cü dəqiqəsində qonaqların futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

Neftçi – Sumqayıt görüşünün 88-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

Oyunun I hissəsi başa çatdıqdan sonra Sumqayıt-ın məşqiçisi Elnur Çodarov və Neftçi-nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanıb, hər iki klub 800 manat cərimələnib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir