22 noyabr 2024. Cümə

Messi "Qızıl Ayaqqabı" mükafatını alıb


Messi "Qızıl Ayaqqabı" mükafatını alıb

İspaniyanın Barcelona komandasında forma geyən Argentinalı futbolçu Lionel Messi, 2017-2018 mövsümündəki 34 qoluyla Avropa liqalarının ən çox qol vuran futbolçusu olaraq qazandığı "Qızıl Ayaqqabı" mükafatını alıb

.Corner.az xəbər verir ki, Barcelona şəhərində təşkil edilən mükafat mərasimində Messiyə, kryerasındakı 5-ci "Qızıl Ayaqqabı" mükafatı verildi. Messi, burada etdiyi ço, "Futbola başlayanda bunların heç birini gözləmirdim. Mənim arzum, professional futbolçu olmaq və futbolda müvəffəqiyyətli olmaq idi." dedi.

Argentinalı 31 yaşındakı futbolçu, "Dünyanın ən yaxşı komandasındayam. Meydandakı komanda yoldaşlarım mövqelərinin dünyadakı ən yaxşılarıdır.  Bu hər şeyi daha da asanlaşdırır və bu tip mükafatları götürməyimi təmin edir. Komanda yoldaşlarımla birlikdə futbolun hər anından böyük zövq alıram." deyə danışdı.

Fiziki və psixoloji olaraq özünü yaxşı hiss etdiyi bir dövrdə olduğunu söyləyən Messi, irəliləyən yaşına baxmayaraq formasını qoruya bilmək üçün çalışdığını və özünə diqqət etdiyini ifadə etdi.

2017-2018-ci il mövsümündə Avropa liqalarındakı qol krallığı yarışında Messi 34 qolla birinci olarkən, onu 32 qolla Məhəmməd Salah (Liverpool) və 30 qolla Harry Kane (Tottenham) izləmişdi.








Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir