21 noyabr 2024. Cümə axşamı

Günəş şüaları və temperatura görə rəngi dəyişən butslar


Günəş şüaları və temperatura görə rəngi dəyişən butslar
Bütün dünyada futbolçuların əksəriyyəti “Adidas” şirkətinin butslarından istifadə edir. Şirkət xüsusi sifarişlə də butslar hazırlayır. Rusiyada keçirilən dünya çempionatında Benjamin Mendi, Paulo Dibala və Presnel Kimpembe sifarişlə hazırlanan butslardan istifadə etmişdilər. Kimpembenin butslarının üzərində sıçrayan şir şəkli əks olunmuşdu. Mendinin çempionatda istifadə etdiyi butsların üzərini akulanın çənə sümüyü bəzəyirdi. Dibalanın butslarını şirkət “qiymətli daş” adlandırmışdı. Bu cür butslar təkcə futbolçular üçün nəzərdə tutulmur. İngiltərə, Almaniya və Fransada əksər fanatların öz ölkələrinin bayrağı və ya diğər elementlərlə bəzədilən butslar sifariş etməsi adət halı alıb. Alman fanatlar sifariş etdiləri butsun üzərində qartal caynağının, ingilislər isə şir şəklinin olmasına daha cox üstünlük verirlər. Adidas “Copa Mundial” adlandırılan butsların vesiyası olan Glitch-in hazırlanmasına da xeyli əmək sərf edib. Orjinal “Copa Mundial” bütün dövrlərdə diqqət mərkəzində olub. Şirkət bu cür butslardan 10 milyon cüt hazırlayıb və hamısını sata bilib. Vaxtilə Frans Bekkenbauer, Mişel Platini və Dieqo Maradona məhz “Copa Munduial”ın orijinalından istifadə edib. Alman şirkəti 2017-ci ildə Glitch-in qeyri-adi modelini (cəmi 100 cüt) hazırlayıb. Həmin model Berlin, London və Paris üçün nəzərdə tutulub.
Hava şəraitinə reaksiya verən dizayn
Glitch butslarının 2 forması var: hündür və alçaq. İki hissədən ibarətdir. Daxili hissə xarici hissə ilə birləşdirilib. Bu cür butslar mağazalarda 280 avroya satılır. Yeni mövsümdə “Adidas” Glitch butslarını daha da təkmilləşdirib. İndiki butsların rəngi havanın temperaturuna və günəş şüasının təsirinə görə dəyişə bilir. Glitch-in qırmızı rəngli modeli 25 dərəcə temperaturda rəngini dəyişmək qabiliyyətinə malikdir. Bu, butslara yerləşdirilmiş xüsusi materiala görədir. Ağ rəngli butslarda olan piqment isə günəş şüasına reaksiya verir. “Belə butslar hazırlamaq asan başa gəlməyib. Layihə üzərində 60 mütəxəssisdən ibarət 3 komanda işləyib. İstədiyimiz formanı əldə etmək üçün dəfələlərlə düzəliş etməli olduq. Nəhayət, şirkətimiz analoqu olmayan buts hazırlaya bildi”, - deyə “Addidas”ın nümayəndəsi bildirib.
 
Mağazalarda tapmaq mümkün deyil
Glitch-in yeni modellərini mağazadan almağ mümkün deyil. Onlar nə rəsmi mağazalarda, nə də “Adidas”-ın saytında satışa çıxarılmır. Bu butsları yalnız İngiltərə, Almaniya və Fransada istifadəsi mümkün olan xüsusi kod vasitəsi ilə əldə etmək mümkündür. Həmin kodu başqa şəxslərdən öyrənmək olar. Amma əməliyyatı yerinə yetirmək yenə də asan başa gəlməyəcək. Çünki sizin qarşınıza daha bir kod çıxacaq və siz həmin kqdu başqaları ilə paylaşmalısınız. Əgər kimsə sizin kodla Glitch-in saytına daxil olursa, siz virtual olaraq 25 avro qazanırsınız. Müştərilərə özünün dizaynını yaratmaq imkanı da verilir. Yəni müştəri özünün zovqünə uyğun formada buts sifariş edə bilər. Hesablamalara görə, indiyədək 100 min dəfə həmin koddan istifadə olunub. Cəmi 89 faiz insan yeni model buts əldə edə bilib.
Maraqlı məqamlardan biri də budur ki, şirkət yeni modelin reklam kampaniyasına məşhur insanları cəlb etməyib. Kampaniyada maksimum 100 min abunəçisi olan blogerrlər iştirak edir. Sosial şəbəkələr həmin bloggerlərə az pul qazandırır. Adidas bu addımı atmaqla daha çox müştəri qazana biləcəyini düşünür. Məsələ burasındadır ki, cəmiyyət artıq məşhur simaların reklamlarına inanmır. Hansısa məhsulun kasıb bir blogger tərəfindən reklam edilməsi isə, istər-istəməz insanların marağına səbəb ola bilir. İnsanlar reklam olunan məhsulun keyfiyyətinə daha tez inanırlar.
Alman şirkəti bloggerlərdən başqa, gənc, kifayət qədər tanınmamış futbolçuları da reklam kampaniyasına cəlb edib. Ruben Loftus (Chelsea), Kayl Uoker-Piters (Tottenham), Con Svift (Reading), Ris Nelson (Arsenal) kimi futbolçular yeni modeli reklam edir. “Glitch məşhurların təqdimatına ehtiyac duymur. İstəyirik ki, gənc futbolçular yeni model barədə rəy yaratsın. Gənclər butsların test keçirilməsində daha fəal iştirak edir”,- deyə şirkətin nümayəndəsi Sem Xendli bildirib. Bununla belə, “Adidas” Glitch-in reklam kampaniyasında iki məşhur şəxsə yer verib. YouTube-də 8,5 milyon abunəçisi olan Billi Uinqrou və Ceremi Linça reklam kampaniyasında iştirak edir.
Glitch reklam kampaniyası “Kann şirləri” adlı məşhur beynəlxalq festivalda 5 dəfə mükafata layiq görülüb.Brendlərin abunəçisi az olan bloggerlərlə əlaqəsinə köməklik göstərən “Triba” şirkətinin direktoru Entoni Svirkis hesab edir ki, “Adidas” gələcəkdə məşhur insanlarla işləməyə üstünlük verməlidir: “Bu bloggerlər brendlər qarşısında yeni tələblər qoymağa başlayıblar. Hesab edirəm ki, bir müddət sonra bloggerlər özlərinə maraqlı olmayan məhsulları satışa çıxarmayacaqlar. Buna görə də, böyük şirkətlər nüfuzlu insanlarla işləməlidir. Sonra gec olacaq”. 






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir