17 dekabr 2025. Çərşənbə

Özümü həmişəkindən yaxşı hiss edirəm - Messi


Özümü həmişəkindən yaxşı hiss edirəm - Messi

6-cı dəfə "Qızıl top" mükafatının sahib olan "Barselona"nın kapitanı Lionel Messi hisslərini bölüşüb.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, argentinalı hucumçu fərdi mükafata önəm vermədiyini bildirib.

Messi həmçinin "Barselona" ilə yeni müqavilə bağlamaq məsələsinin problem olmadığını da vurğulayıb: "Klubda işləyən insanlar məni tanıyırlar. Müqavilə məsələsində heç bir problem olmadığını bilirlər. "Barselona"ya olan sevgim hər hansı bir imza və ya kağızdan daha üstündür. Həmişə demişəm ki, bu kimi fərdi mükafatlar əvəzinə Çempionlar Liqası və ya Amerika Kubokunu qazanmağı daha çox istəyərdim. Hazırda 32 yaşım var. Hər şey insanın necə hiss etməyindən asılıdı.Özümü  bu gün həmişəkindən daha yaxşı hiss edirəm".

Qeyd edək ki, Lionel Messi 2009, 2010, 2011, 2012 və 2015-ci ildə də "Qızıl top"a sahib olmuşdu







Xəbər news