- Xəbər news
- 01:00 22.01.2026
İngiltərə və İrlandiya Futbol Federasiyaları 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərini irəli sürmək istəyir.
Corner.az-ın "The Times"ə istinadən xəbərinə görə, bildirilir ki, İngiltərə və İrlandiya höküməti bu ideyaya dəstək olsalar, federasiyalar DÇ-2030-un birgə ev sahibliyi üçün FİFA-ya rəsmi müraciət edəcəklər.
Qeyd edək ki, bundan əvvəl Portuqaliya və İspaniya, Kolumbiya, Ekvador və Peru DÇ-2030-a ev sahibliyi etmək istədiyini açıqlayıb.(qol)