26 mart 2026. Cümə axşamı

Amerika Kubokunda qruplar bilindi


Amerika Kubokunda qruplar bilindi

Amerika Kubokunun püşkü atılıb.

Corner.az xəbər verir ki,  Argentina və Kolumbiyada keçiriləcək kubokun iştirakçıları iki qrupa bölünüb. Meydan sahiblərindən biri olan "tanqoçular" A qrupunda yer alıb. Argentina yığması Boliviya, Uruqvay, Çili, Paraqvay və Avstraliya ilə üz-üzə gələcək.

Digər ev sahibi Kolumbiya isə son çempion Braziliya, həmçinin Venesuela, Ekvador, Peru və Qətərlə B qrupunda yarışacaq. Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finala adlayacaq.

Qeyd edək ki, Amerika Kubokuna iyunun 12-də Argentina - Çili matçı ilə start veriləcək.







Xəbər news