26 mart 2026. Cümə axşamı

Hər il komandamı dəyişmək imkanım var - Messi


Hər il komandamı dəyişmək imkanım var - Messi

“2014-cü ildə vergi orqanları ilə probleminə görə “Barselona”nı tərk edə bilərdim. Çətin bir dövr keçirdim, ancaq klubdakı insanların dəstəyi sayəsində bunun öhdəsindən gəldim. Bu da burada oynamağıma imkan yatadı. Həmin vaxt İspaniyada özümü rahat hiss etmirdim”.

Corner.az “Get French Football News” portalına istinadən xəbər verir ki, bunu 6-cı dəfə “Qızıl top” mükafatını alan “Barselona”nın kapitanı Lionel Messi deyib.

32 yaşlı yaşlı hücumçunun sözlərinə görə, daim digər klublardan təklif alır: “ Bir neçə klub nə istədiyimi bilsə də, məni gözləyirlər”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan argentinalı futbolçu əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib.







Xəbər news