- Xəbər news
- 21:58 14.03.2026
Əfsanəvi futbolçu Dieqo Maradona ilə birlikdə oynamış son futbolçu da karyerasını başa vurub.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə 42 yaşlı qapıçı Kristian Munozun özü açıqlama verib.
Veteran qolkiper toplara əvvəlki kimi reaksiya göstərə bilmədiyini bildirib.
Qeyd edək ki, 1997-ci ildə "Boka Xuniors"a transfer olunan Munoz bir neçə ay Maradona ilə komanda yoldaşı olub.