Avro-2020-nin final mərhələsinin görüşləri ilə bağlı Bakıya səfər edən Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” ilə tanış olub.
Corner.az xəbər verir ki, klub rəhbərliyi – prezident Kamran Quliyev və vitse-prezident Elnur Eyvazovla görüşən təcrübəli mütəxəssisə xatirə hədiyyəsi olaraq "Neftçi” forması verilib. Şenol Günəş isə Türkiyə millisinin imzalı formasını Kamran Quliyevə təqdim edib.