2 mart 2026. Bazar ertəsi

"Troya"ya maliyyə dəstəyi ilə bağlı AFFA və FİF-dən RƏSMİ AÇIQLAMA


"Troya"ya maliyyə dəstəyi ilə bağlı AFFA və FİF-dən RƏSMİ AÇIQLAMA

Azərbaycanda uşaq futbolunun inkişafına dəstək hansı səviyyədədir?

Yeniyetmələrdən ibarət "Troya" futbol klubuna infrastruktur və maliyyə dəstəyi ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) 90deqiqe.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən U-8-U-14 Liqaların təşkili üçün komandaların nəqliyyat xərclərinin ödənilməsi, hər zona üçün oyunların təşkili üçün inventarların (top, qapı toru) təqdim edilməsi, oyunların keçirildiyi stadionlarla icarə müqavilələrinin bağlanması, oyunların idarəçiliyi üçün hakim təyinatlarının verilməsi prosesi həyata keçirilir:

"Eyni zamanda oyunların təşkili zamanı hər zona üzrə təhkim edilmiş nümayəndələr nəzarəti həyata keçirirlər".

Futbolun İnkişaf Fondunun (FİF) kommunikasiya meneceri Mehriban Mürsəlova isə mövzu ilə bağlı saytımıza açıqlamasında qeyd edib ki , FİF-in fəaliyyəti əsasən Premyer Liqa, I və II Liqada çıxış edən region futbol klublarını əhatə edir:

"Fəaliyyətimiz çərçivəsində müvafiq liqalarda çıxış edən futbol klublarına İnkişaf strategiyalarının hazırlanmasından, oyun gününün təşkili, tərəfdaşların cəlb olunması, əməkdaşların bilik və bacarıqlarının artırılmasına qədər bir çox sahələrdə dəstək göstəririk. Bakı və paytaxt ətrafı əraziləri əhatə edən uşaq futbol klublarına yönəlik dəstək fəaliyyət istiqamətlərimizdən olmadığı üçün bu məsələ ilə bağlı hər hansı köməklik göstərə bilməyəcəyik".

Xatırladaq ki, daha öncə  "Troya” futbol klubunun baş məşqçisi Zeynal Hüseynov saytımıza müsahibə verib. Həmin müsahibə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

 https://90deqiqe.az/news/musahibe/77316-qarabag-ve-neftciye-futbolcular-vermisik

Fəxriyyə Adil







Müsahibə